Ana səhifə / İdman / "Nürnberq" rəsmisi: "Mahir Emrelinin yaxşı məhsuldarlığı var" "Nürnberq" rəsmisi: "Mahir Emrelinin yaxşı məhsuldarlığı var" 17.07.2024, 14:53 Əziz Əzizli Almaniyanın “Nürnberq” klubunun idman direktoru Joti Xatsialeksiu Mahir Emreli ilə danışıq apardıqlarını təsdiqləyib., "Operativ Media" xəbər verir ki, o, Almaniya mətbuatına verdiyi açıqlamada millimizin üzvü barədə xoş sözlər söyləyib: “Onun yaxşı məhsuldarlığı var və topla əla rəftar edir. Futbolçu ilə söhbətimiz zamanı xeyli müsbət siqnallar aldıq”. Emreli ilə 2 gün sonra müqavilə imzalanacağı da bildirilib. Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var Teqlər: "\"N\u00fcrnberq\" r\u0259smisi: \"Mahir Emrelinin yax\u015f\u0131 m\u0259hsuldarl\u0131\u011f\u0131 var\""