Azərbaycan millisi İsveçrəyə məğlub oldu
Əziz Əzizli
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz altıncı matçında İsveçrə yığması ilə qarşılaşıb.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda təşkil olunan görüş İsveçrə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
15 xalla qrupu birinci pillədə başa vuran İsveçrə yığması A Liqasına yüksəlib. 4 xalla dördüncü yeri tutan Azərbaycan milli komandası isə növbəti mövsüm C Liqasında mübarizə aparacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net