"Sabah"ın planında dəyişiklik oldu - Bakıya qayıtmayacaq
Əziz Əzizli
Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, "Sabah" iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək. “Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.
Teqlər:
"\"Sabah\"\u0131n plan\u0131nda d\u0259yi\u015fiklik oldu - Bak\u0131ya qay\u0131tmayacaq"