Menyu

Roman Qriqorçuk: “Ramil Şeydayev komandamız üçün əla transferdir”

Əziz Əzizli
Roman Qriqorçuk: “Ramil Şeydayev komandamız üçün əla transferdir”

“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin transfer olunmasına münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu keçidin "Neftçi" üçün üçün əla transfer olduğunu deyib: “Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.

Qeyd edək ki, "Neftçi" Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər