Menyu

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib

Nərmin Qocamanlı
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib

"Yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar".

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Operativ Media"ya verilən məlumata görə, müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır:

"Nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır.

Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir".

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır.

Teqlər:

"N\u0259qliyyat\u0131 \u0130ntellektual \u0130dar\u0259etm\u0259 M\u0259rk\u0259zi s\u00fcr\u00fcc\u00fcl\u0259r\u0259 m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər