"Qarabağ" bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində daha iki yoldaşlıq oyununa çıxacaq.
"Operativ Media" xəbər verir ki, Azərbaycan çempionu əvvəlcə Xorvatiyanın "Slaven Belupo" önünə çıxacaq.
Ağdam klubunun ikinci görüşü isə BƏƏ-nin "Əl-Şəbab" klubuna qarşı olacaq.
15:00 "Qarabağ"- "Slaven Belupo" (Xorvatiya)
19:00 "Qarabağ" - "Əl-Şabab" (BƏƏ)
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəl Almaniyanın "Kayzerslautern" klubuna uduzmuş (1:3), daha sonra Çexiya "Viktoriya" komandasına (2:1) qalib gəlmişdi.
Teqlər:
"\"Qaraba\u011f\" bu g\u00fcn iki yoxlama oyununa \u00e7\u0131xacaq"