Menyu

Bakı metrosunda yubanma olub

Nərmin Qocamanlı
Bakı metrosunda yubanma olub

“Bakı Metropoliteni” QSC-nin "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması üzrə işarə sistemi işə düşüb.

Səhmdar cəmiyyətindən "Operativ Media"ya verilən məlumata görə, maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yararmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

Teqlər:

"Bak\u0131 metrosunda yubanma olub"

Əlaqəli Xəbərlər