Menyu

Jiru milli karyerasını başa vurdu

Əziz Əzizli
Jiru milli karyerasını başa vurdu

"Los Anceles Qalaksi”nin futbolçusu Olivye Jiru Fransa millisindəki karyerasını başa vurub.

"Operativ Media" xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında yazıb.

Jiru Fransa millisində 2011-ci ilin noyabrında ABŞ-la oyunda (1:1) debüt edib. Milli komandada 13 il ərzində forvard 137 oyuna çıxıb, 57 qol vurub və 15 qolun ötürməsini verib. Onun millidə son matçı İspaniya ilə AÇ-2024-ün yarımfinal oyunu olub (1:2).

Teqlər:

"Jiru milli karyeras\u0131n\u0131 ba\u015fa vurdu"

Əlaqəli Xəbərlər