Menyu

Mark Tamaş "Neftçi"ni tərk edə bilər

Əziz Əzizli
Mark Tamaş "Neftçi"ni tərk edə bilər

"Neftçi”nin futbolçusu Mark Tamaş karyerasını Yunanıstanda davam etdirə bilər.

"Operativ Media" “gazzetta.gr” saytına istinadən xəbər verir ki, macarıstanlı müdafiəçi “Asteras Aktor” klubundan təklif alıb.

Müdafiəçi axtarışında olan adıçəkilən komandanın iki alternativindən biri məhz Tamaşdır. Hazırda 31 yaşlı oyunçu ilə danışıq aparılır. Yunanlar onunla razılığa gəlsə, “Neftçi”yə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Mark Tamaşın “Neftçi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir

Teqlər:

"Mark Tama\u015f \"Neft\u00e7i\"ni t\u0259rk ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər