Menyu

Bu ilin ilk yarısında Prezident təqaüdləri üzrə 343 milyon manat ödənilib

Nərmin Qocamanlı
Bu ilin ilk yarısında Prezident təqaüdləri üzrə 343 milyon manat ödənilib

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 481 min nəfərə sosial müavinət, 397 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 536 mln. manat, Prezident təqaüdləri üzrə 343 mln. manat ödənilib.

Cari ilin 6 ayında 74 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 644 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Teqlər:

"Bu ilin ilk yar\u0131s\u0131nda Prezident t\u0259qa\u00fcdl\u0259ri \u00fczr\u0259 343 milyon manat \u00f6d\u0259nilib"

Əlaqəli Xəbərlər