“Qiymətlər artsa da, avtobuslarda xidmət dəyişməyib”
Nərmin Qocamanlı
“12A nömrəli marşrut Sumqayıt bazarının yanından Şəfəq Qəsəbəsinə (Yeni şəhərciyə) işləyən avtobusun vəziyyəti çox pisdir. İnsanlar bel-belə gedir və interval səhərlər, axşamlar 40 dəqiqə olur”
“Operativ Media”nın qaynar xəttinə Sumqayıt şəhərində fəaliyyət göstərən 12A nömrəli marşrut xəttindən şikayət daxil olub. Vətəndaşlar iddia edir ki, yanacağın qiyməti qalxandan sonra xəttə az marşrut buraxılır.
“Biz sürücülərdən soruşuruq ki, niyə interval belə çoxdu? Deyirlər ki, yanacaq qalxıb deyə müdiriyyət avtobus sayını azaldıb. Yanacaq qalxandan sonra kondisioneri də qoşmurlar. Ümumi xəttə cəmi 4 avtobus işləyir”
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt şəhərində avtobus parkının təhlili aparılıb.
“Avtobus parkında saz vəziyyətdə olan nəqliyyat vasitələrin azlığı səbəbindən marşrut xətlərində kifayət qədər avtobus istifadə olunmur. Bu da intervalların böyüməsinə gətirib çıxarır. Daşıyıcıya xətt üzrə avtobusların sayının artırılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib”
Teqlər:
"\u201cQiym\u0259tl\u0259r artsa da avtobuslarda xidm\u0259t d\u0259yi\u015fm\u0259yib\u201d"