Azərbaycan millisi Avropa çempionatının C divizionunun qalibi oldu
Əziz Əzizli
16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunun qalibi olub.
"Operativ Media" xəbər verir ki, Cəbəllütariqdə təşkil olunan turnirin həlledici qarşılaşmasında millimiz finalda Kipr yığmasını 69:52 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma