İspaniyanın baş məşqçisi: "Bizə heç kim havayı bir şey vermədi"
Əziz Əzizli
AÇ-2024-ün finalında İngiltərəni 2-1 məğlub edərək kuboku qazanan İspaniyanın baş məşqçisi De la Fuente matçdan sonra açıqlama verib.
"Operativ Media" xəbər verir ki, o, turnirdən əvvəl özlərini favorit kimi görmədiyini bildirib.
"AÇ-2024-dən əvvəl çempionluq uğrunda mübarizə aparacağımızı söylədim. Düşünürəm ki, çətin bir şeyə nail olduq. Bundan sonra böyüməyə və inkişaf etməyə davam edə bilərik. Məncə, bu futbolçular bunu edəcəklər. Bizdə yarışmaqdan yorulmayan insanlar var. Bir qrup futbolçu var gündən-günə bu işi xeyli asanlaşdırırlar”.
Gənc komandaya sahib olduqlarını qeyd edən ispan çalışdırıcı, "Ölkəm İspaniya üçün xoşbəxtəm. Yaratdığımız həyəcandan ötrü xoşbəxtəm. Ümid edirəm ki, vətəndaşlarımız bu komandaya qürurla baxacaqlar. Çünki komandamız tarix yaza biliblər. Onları çox uzun bir yol gözləyir” deyə bildirib.
Luis de la Fuente, oyunçularının ona güvəndiyini ifadə edərək, "Oyunçularımın mənə inandığına əmin idim. Demək olar ki, heç bir səhv etmədik. Hər kiçik addım böyümək və növbətini daha güclü etmək idi. Biz xoşbəxtik və fəxr edirik. Əldə etdiyimiz uğurdan həzz almalıyıq. Heç kim bizə pulsuz bir şey vermədi, çünki bu, çox səy göstərdikdə daha dəyərli olur" deyə bildirib.
Teqlər:
"\u0130spaniyan\u0131n ba\u015f m\u0259\u015fq\u00e7isi: \"Biz\u0259 he\u00e7 kim havay\u0131 bir \u015fey verm\u0259di\""