Argentina ilə dünya çempionu olmuş və "İnter Mayami"nin 37 yaşlı hücumçusu Lionel Messi futbol tarixində ən çox titul qazanan futbolçu kimi rekordunu təzələyib.
"Operativ Media" xəbər verir ki, o, Amerika Kubokunu qazanaraq 45-ci tituluna yiyələnib.
Argentina finalda "İnter"in hücumçusu Lautaro Martinezin qolu sayəsində Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub.