AFFA "İrəvan"ı bütün yarışlardan uzaqlaşdırdı
Əziz Əzizli
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
"Operativ Media" xəbər verir ki, 2 saat davam edən müzakirələrdən sonra qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında "İrəvan"la bağlı yekun qərarın verildiyini deyib:
"İrəvan" komandası AFFA bayrağı altında təşkil edilən bütün yarışlardan uzaqlaşdırıldı. Əsas səbəblərdən biri maliyyə ilə bağlı olan qeyri-stabillik və danışılmış oyunlardır. Onların 8 futbolçusunun adı bu məsələdə hallanırdı. Adıçəkilən klubun əvəzinə hansı komandanın olacağına gəldikdə isə, PFL-lə birlikdə danışıqlar aparılacaq və yaxın zamanlarda açıqlama veriləcək".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net