"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə qarşılaşacaq
Əziz Əzizli
İyulun 10-da Türkiyəyə yola düşən “Araz-Naxçıvan” dünəndən məşqlərini Erzurumda reallaşdırır.
"Operativ Media" xəbər verir ki, baş məşqçi Elmar Baxşıyevin komandası ilk sınağını iyulun 16-da verəcək. Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq.
Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və sparrinq-rəqiblər barədə əlavə məlumat veriləcək.
Teqlər:
"\"Araz-Nax\u00e7\u0131van\" Super Liqa t\u0259msil\u00e7isi il\u0259 qar\u015f\u0131la\u015facaq"