Di Maria daha bir mövsümü "Benfika"da keçirəcək
Əziz Əzizli
Dünya çempionu Argentina yığmasının 36 yaşlı cinah oyunçusu Anxel Di Maria daha bir mövsümü Portuqaliya "Benfika"sında keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb.
Onun Lissabon klubu ilə müqaviləsi iyulun 1-də başa çatıb. Tərəflər artıq əməkdaşlığın uzadılması ilə bağlı razılığa gəliblər və bunu Amerika Kubokundan sonra rəsmən elan edəcəklər.
Argentina finala yüksəlib və iyulun 15-də Kolumbiya ilə qarşılaşmada çempionluq uğrunda mübarizə aparacaq.
Son mövsümdə Di Maria "Benfika"nın heyətində 48 matçda iştirak edib, 17 qol vurub, 15 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net