Menyu

Vəkillər Kollegiyasının Aparatında yeni təyinat olub

Nərmin Qocamanlı
Vəkillər Kollegiyasının Aparatında yeni təyinat olub

Vəkillər Kollegiyasının (VK) Aparatında yeni təyinat olub.

"Operativ Media"nın məlumatına görə, bu barədə qərar iyulun 10-da VK Rəyasət Heyətinin keçirilən iclasında qəbul olunub.

Qərara əsasən, Səttar Məmmədov VK Aparatının Baş katibinin müavini (Aparatı rəhbərinin müavini) vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2023-cü ildən VK-nın üzvü olan Səttar Vüqar oğlu Məmmədov bu təyinatadək Kollegiya Aparatının baş-hüquqşünas məsləhətçisi vəzifəsində çalışıb.

S.Məmmədov 1998-ci ildə Bakı şəhərində anadan olub. O, 2019-cu ildə Milli Aviasiya Akademiyasının Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə) pilləsi üzrə, 2021-ci ildə isə Bakı Dövlət Universitetinin magistr pilləsindən (fərqlənmə ilə) məzun olub. 2021-ci ildən Milli Aviasiya Akademiyası hüquq fakültəsinin doktorantıdır.

Əmək fəaliyyətiə 2019-cu ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb, müxtəlif dövrlərdə vəkil köməkçisi, Milli Məclisin VI çağırış deputatının köməkçisi kimi fəaliyyət göstərib. O, 2020-ci ildən Vəkillər Kollegiyasının Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçi vəzifələrini icra edib. 

S.Məmmədov eyni zamanda 2021-ci ildən Milli Aviasiya Akademiyasının Hüquq fakültəsində saathesabı müəllim kimi fəaliyyət göstərir.

Teqlər:

"V\u0259kill\u0259r Kollegiyas\u0131n\u0131n Aparat\u0131nda yeni t\u0259yinat olub"

Əlaqəli Xəbərlər