Şirvanda yabanı halda bitmiş çətənə kolları məhv edilib
Əziz Əzizli
Şirvan rayonunda yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
"Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kür çayının sahilində yabanı halda bitən 475 ədəd çətənə kolu çıxarılıb və yandırılaraq məhv edilib", – məlumatda qeyd olunub.
Teqlər:
"\u015eirvanda yaban\u0131 halda bitmi\u015f \u00e7\u0259t\u0259n\u0259 kollar\u0131 m\u0259hv edilib"