Ana səhifə / İdman / Azərbaycanlı futbolçu oynadı, "Eqnatia" məğlub oldu Azərbaycanlı futbolçu oynadı, "Eqnatia" məğlub oldu 11.07.2024, 07:13 Əziz Əzizli Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" klubu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ilk matçını keçirib. "Operativ Media" xəbər verir ki, səfərdə Bosniya və Herseqovina təmsilçisi "Borats" ilə qarşılaşan Albaniya çempionu meydandan məğlub ayrılıb - 0:1. Matça start heyətində başlayan Zamiq Əliyev bu oyunda 94 dəqiqə meydanda olub və 63-cü dəqiqədə sarı vərəqə alıb. Görüşün baş hakimi qonaq komandaya 2-si qırmızı olmaqla, 7 sarı vərəqə göstərib. Teqlər: "Az\u0259rbaycanl\u0131 futbol\u00e7u oynad\u0131 \"Eqnatia\" m\u0259\u011flub oldu"