Ana səhifə / İdman / "Turan Tovuz" yoxlama oyununda "Kəpəz"i məğlub etdi "Turan Tovuz" yoxlama oyununda "Kəpəz"i məğlub etdi 10.07.2024, 19:43 Əziz Əzizli Azərbaycan Premyer Liqasının 2024/25 mövsümü öncəsi hazırlıqlarını davam etdirən "Turan Tovuz" və "Kəpəz" yoxlama oyununda üz-üzə gəliblər. "Operativ Media" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda Tovuz təmsilçisi böyükhesablı qələbə qazanıb - 4:0. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın heyətində Oto Con (2), Aleks Souza və Sadiq Şəfiyev rəqib qapısına yol tapıblar. Qeyd edək ki, "Turan Tovuz" daha öncə yoxlama görüşündə 2-ci Liqa təmsilçisi "Şəmkir"i 13:0 hesabı ilə məğlub edib. Teqlər: "\"Turan Tovuz\" yoxlama oyununda \"K\u0259p\u0259z\"i m\u0259\u011flub etdi"