Menyu

Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəblərə görə geri qayıdıb

Nərmin Qocamanlı
Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəblərə görə geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-ın mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. 

Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.

Teqlər:

"Bak\u0131-\u0130stanbul reysini yerin\u0259 yetir\u0259n t\u0259yyar\u0259 texniki s\u0259b\u0259bl\u0259r\u0259 g\u00f6r\u0259 geri qay\u0131d\u0131b"

Əlaqəli Xəbərlər