Ana səhifə / İdman / "Sabah" yeni hücumçu transfer etdi "Sabah" yeni hücumçu transfer etdi 09.07.2024, 16:03 Əziz Əzizli "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. "Operativ Media" xəbər verir ki, slovakiyalı hücumçu Pavol Şafranko ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu karyerası ərzində Slovakiyanın "Tatran" (2013-2016), "Podbrezova" (2016), "DAC 1904" (2017-2018), Danimarkanın "Olborq" (2019), Şotlandiyanın "Dandi Yunayted" (2018/2019), Rumıniyanın "Şepşi" (2019-2021, 2022-2024) və CAR-ın "Sandauns" (2021-2022) klublarında oynayıb. Teqlər: "\"Sabah\" yeni h\u00fccum\u00e7u transfer etdi"