Bakı, Sumqayıt və Abşeron üzrə iyul ayının pensiyaları ödənilib
Nərmin Qocamanlı
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxın günlərdə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Teqlər:
"Bak\u0131 Sumqay\u0131t v\u0259 Ab\u015feron \u00fczr\u0259 iyul ay\u0131n\u0131n pensiyalar\u0131 \u00f6d\u0259nilib"