Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
Nərmin Qocamanlı
İyulun 9-u saat 09:00-a olan məlumata görə gözlənildiyi kimi, hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub.
Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub
Teqlər:
"\u00d6lk\u0259 \u0259razisind\u0259 m\u00fc\u015fahid\u0259 olunan faktiki hava a\u00e7\u0131qlan\u0131b"