Menyu

"Araz-Naxçıvan" yoxlama oyunu keçirib

Əziz Əzizli
"Araz-Naxçıvan" yoxlama oyunu keçirib

Hazırlığın Bakı mərhələsini bu gün keçirilən yoxlama oyunu ilə başa vuran “Araz-Naxçıvan” əvəzedici heyətlə qarşılaşıb.

"Operativ Media" xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan matçda hesabı “ikincilər” açsa da, qələbəni əsas komanda qazanıb 3:1. Qolları Ülvi İsgəndərov, Vanderson və Ürfan Abbasov vurublar. Əvəzedicilərin heyətində isə Elcan Məmmədov fərqlənib. 

Bununla da komanda iyunun 28-dən davam edən hazırlığın birinci mərhələsini yekunlaşdırıb. Sabah istirahət edəcək “qırmızı-ağlar” iyulun 10-da Erzuruma yola düşəcək. Qardaş ölkədə iki həftəlik hazırlıq prosesi zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər