Menyu

Sabah Saray qəsəbəsinə giriş-çıxış avtomobillər üçün məhdudlaşdırılacaq

Nərmin Qocamanlı
Sabah Saray qəsəbəsinə giriş-çıxış avtomobillər üçün məhdudlaşdırılacaq

Sabah saat 10:00-dan Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənə qədər qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Agentlik müvəqqəti narahatlığa görə üzr istəyib.

Teqlər:

"Sabah Saray q\u0259s\u0259b\u0259sin\u0259 giri\u015f-\u00e7\u0131x\u0131\u015f avtomobill\u0259r \u00fc\u00e7\u00fcn m\u0259hdudla\u015fd\u0131r\u0131lacaq"

Əlaqəli Xəbərlər