Mingəçevirdə 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edilib
Nərmin Qocamanlı
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları ümumi sayı 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edib.
"Operativ Media" komitəyə istinadən xəbər verir ki, məmulatlar Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "Mercedes-Benz" markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən tapılıb.