Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” bu gün yoxlama oyunu keçirəcək.
"Operativ Media" xəbər verir ki, Premyer Liqa təmsilçisi əvəzedici komandası ilə qarşılaşacaq. Saat 18:00-da başlayacaq görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bu matçla “Araz-Naxçıvan” hazırlığın Bakı mərhələsini yekunlaşdıracaq.
Sabah istirahət edəcək kollektiv iyulun 10-da Türkiyəyə yola düşəcək. Ərzurumda iki həftəlik toplanış zamanı 3 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Oyunların tarixi və rəqiblərlə bağlı hələ məlumat verilməyib
Teqlər:
"\"Araz-Nax\u00e7\u0131van\" yoxlama oyunu ke\u00e7ir\u0259c\u0259k"