Menyu

"Qarabağ" dünya reytinqində 14 pillə irəlilədi

Əziz Əzizli
"Qarabağ" dünya reytinqində 14 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Operativ Media" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 504 komandanın yer aldığı siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.

14 pillə irəliləyən "Qarabağ" 191,25 xalla 39-cu yerdə qərarlaşıb.

"Zirə" (62,25 xal) 8 pillə irəliləyərək 361-ci, "Sabah" (60,75) 9 mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) isə 6 sıra irəliləyərək 397-ci olub.

Qeyd edək ki, dünya reytinqinə "Real" (371 xal) başçılıq edir.

Teqlər:

"\"Qaraba\u011f\" d\u00fcnya reytinqind\u0259 14 pill\u0259 ir\u0259lil\u0259di"

Əlaqəli Xəbərlər