Menyu

Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutulub

Nərmin Qocamanlı
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutulub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul alan şəhər sakini Taleh Qədirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, özünü qazi kimi tanıdan T.Qədirov bir nəfər şəhər sakinindən 1000 manat alıb, bir nəfərdən isə eyni məbləğdə pul tələb edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Teqlər:

"\u00d6z\u00fcn\u00fc qazi kimi t\u0259qdim ed\u0259r\u0259k v\u0259t\u0259nda\u015flar\u0131 \u015fantaj ed\u0259n \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər