Menyu

AÇ-2024: Fransa millisi yarımfinala yüksəldi

Əziz Əzizli
AÇ-2024: Fransa millisi yarımfinala yüksəldi

Almaniyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, günün ikinci matçında Portuqaliya Fransa millisi ilə qarşılaşıb. Oyun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada 5:3 hesabı ilə daha dəqiq olan Fransa yarımfinala adlayıb.

Yarımfinalda İspaniya və Fransa üz-üzə gələcək.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.

5 iyul

AÇ-2024

1/4 final

23:00. Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər