Yeni mövsüm hazırlıqlarını davam etdirən "Kəpəz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, Gəncə şəhər təmsilçisi Nicat Süleymanovla anlaşıb. Yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu son mövsümü Premyer Liqa təmsilçisi "Araz Naxçıvan"da keçirib.
Nicat Süleymanov əvvəllər də "Kəpəz"də çıxış edib. Süleymanov həm I Liqada, həm də elitada "Kəpəz"in şərəfini qoruyub.
Teqlər:
"\"K\u0259p\u0259z\" sabiq futbol\u00e7usunu geri qaytard\u0131"