Menyu

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Nərmin Qocamanlı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

İyulun 6-sı  axşamdan 8-i gündüzədək  bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

ETSN-dən "Operativ Media"ya verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir, Tovuz, Samux, Gədəbəy, Bərdə, Tərtər, Göygöl, Ağdam, Yevlax, Mingəçevir, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qaxda fasilələrlə  şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Culfa, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Teqlər:

"K\u00fcl\u0259kl\u0259 ba\u011fl\u0131 sar\u0131 v\u0259 nar\u0131nc\u0131 x\u0259b\u0259rdarl\u0131q edilib"

Əlaqəli Xəbərlər