Menyu

AAYDA: Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılacaq

Nərmin Qocamanlı
AAYDA: Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılacaq

Sabah saat 08:00-dan etibarən Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılacaq.

"Operativ Media" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (yol bağlanmır).

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Teqlər:

"AAYDA: \u018fhm\u0259db\u0259y A\u011fao\u011flu k\u00fc\u00e7\u0259sind\u0259 t\u0259mir i\u015fl\u0259ri apar\u0131lacaq"

Əlaqəli Xəbərlər