Menyu

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edəcək

İyulun 26-da energetika naziri Pərviz Şahbazov Mingəçevir, Gəncə, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Göygöl və Samuxrayonlarından olan vətəndaşları qəbul edəcək. 

"Operativ Media" xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq qurumun tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Mingəçevir" filialının inzibati binasında (ünvan: Mingəçevir şəhəri, AzDRES qəsəbəsi, Naxçıvan küçəsi, 46/48) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də agentliyin "Mingəçevir" filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və "Gəncə" filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Teqlər:

"P\u0259rviz \u015eahbazov Ming\u0259\u00e7evird\u0259 v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər