Aleks Ferqyuson: Ronaldonu 2026-cı il dünya çempionatında təsəvvür edə bilmirəm
Əziz Əzizli
İngiltərə "Mançester Yunayted"inin sabiq baş məşqçisi, şotlandiyalı Aleks Ferqyuson Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı "Əl Nəsr"inin 39 yaşlı hücumçusu Kriştiano Ronaldonun 2026-cı ildə dünya çempionatında iştirak edə biləcəyini çətin hesab edir.
"Operativ Media" xəbər verir ki, "Sportbild" nəşri bu haqda məlumat paylaşıb.
“Mən Ronaldonu o yaşda 2026-cı il dünya çempionatında təsəvvür edə bilmirəm. Növbəti illərdə futbol daha sürətli və daha atletik olacaq. Bundan əlavə, mərkəz hücumçularının rolu daha da azalacaq, onlar üçün daha az yer olacaq.
Müdafiəçilərdən fərqli olaraq, hücumçular artıq qocalanda ən yüksək səviyyədə çıxış etmək çətindir”.
Ronaldo sonuncu dəfə Avropa çempionatında iştirak etdiyini təsdiqləsə də, dünya çempionatı ilə bağlı açıqlama verməyib.
Teqlər:
"Aleks Ferqyuson: Ronaldonu 2026-c\u0131 il d\u00fcnya \u00e7empionat\u0131nda t\u0259s\u0259vv\u00fcr ed\u0259 bilmir\u0259m"