Menyu

Göygöldə bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb

Nərmin Qocamanlı
Göygöldə bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb

Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.  

Göygöl rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı İslam İmanlının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kollegial orqan olan Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Teqlər:

"G\u00f6yg\u00f6ld\u0259 b\u0259l\u0259diyy\u0259 s\u0259drinin qanunsuz \u0259m\u0259ll\u0259ri il\u0259 ba\u011fl\u0131 cinay\u0259t i\u015fi a\u00e7\u0131l\u0131b"

Əlaqəli Xəbərlər