Menyu

Leroy Sane: Almaniya və İspaniya AÇ-2024-ün ən yaxşı futbolunu nümayiş etdirirlər

Əziz Əzizli
Leroy Sane: Almaniya və İspaniya AÇ-2024-ün ən yaxşı futbolunu nümayiş etdirirlər

Münhen "Bavariya"sının və Almaniya millisinin yarımmüdafiəçisi Leroy Sane İspaniya ilə baş tutacaq oyun haqda danışıb.

"Operativ Media" xəbər verir ki, komandalar AÇ-2024-ün 1/4 finalında üz-üzə gələcəklər.

“Düşünürəm ki, Almaniya və İspaniya komandaları bu turnirdə ən yaxşı futbol nümayiş etdirirlər. Bütün dünyadakı azarkeşlər səbirsizliklə bizim hesablaşmamızı gözləyirlər.

İspaniya komandası çox hücum edir, amma belə oyunun əks tərəfi də var. Rəqiblərin istifadə edə biləcəyi yerlər açılır. Ümid edirəm ki, bütün imkanlardan istifadə edib yarımfinala yüksələcəyik”.

İspaniya - Almaniya matçı iyulun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Teqlər:

"Leroy Sane: Almaniya v\u0259 \u0130spaniya A\u00c7-2024-\u00fcn \u0259n yax\u015f\u0131 futbolunu n\u00fcmayi\u015f etdirirl\u0259r"

Əlaqəli Xəbərlər