Ötən ay dövlət sərhədini pozan 30 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 30 nəfər saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, оnların 12-i İran, 7-i Azərbaycan, 6-ı Pakistan, 2-i Əfqanıstan, 2-i Türkiyə və 1-i Nepal vətəndaşı оlub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 10 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 851 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 295 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 452 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 9 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
Teqlər:
"\u00d6t\u0259n ay d\u00f6vl\u0259t s\u0259rh\u0259dini pozan 30 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"