Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib
30 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə "Operativ Media"ya DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 437, BB qrupu üzrə 2120 olmaqla, ümumilikdə 2557 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 26 imtahan rəhbəri, 221 nəzarətçi və 36 buraxılış rejimi əməkdaşı ayrılıb.
İyulun 1-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
Teqlər:
"D\u00f6vl\u0259t qullu\u011fu v\u0259zif\u0259l\u0259ri \u00fczr\u0259 test imtahan\u0131 ke\u00e7irilib"