Menyu

Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Nərmin Qocamanlı
Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb

İyunun 29-da saat 20 radələrində  Qax rayonu ərazisində  “Ford” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü , 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər. Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Teqlər:

"Qaxda a\u011f\u0131r yol q\u0259zas\u0131nda 3 n\u0259f\u0259r \u00f6l\u00fcb 7 n\u0259f\u0259r x\u0259sar\u0259t al\u0131b"

Əlaqəli Xəbərlər