Menyu

Yasamalda 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Yasamalda 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən may-iyun ayları ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 120 fakt müəyyən edilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən 6 kiloqram marixuana, 3 kiloqram heroin və 1 kiloqram  psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 

Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.

Teqlər:

"Yasamalda 10 kiloqram narkotik vasit\u0259 qanunsuz d\u00f6vriyy\u0259d\u0259n \u00e7\u0131xar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər