Menyu

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 3-də, saat 10:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran və Astara rayon sakinlərinin qəbulunu keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lerik rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Teqlər:

"Ba\u015f prokuror Lerikd\u0259 v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər