"Neftçi" daha bir futbolçu ilə yollarını ayırdı
Əziz Əzizli
"Neftçi” yay fasiləsində daha bir oyunçu ilə vidalaşıb.
"Operativ Media" klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Ataa Caber bakılılarla sağollaşıb.
29 yaşlı orta sahə oyunçusu ilə yeni müqavilə imzalanmayıb. O, “Neftçi”dən gedən 3-cü oyunçu olub. “Neftçi” daha əvvəl Eddi İsrafilov və Aqil Məmmədovu yola salmışdı.
Qeyd edək ki, 2022-ci ilin iyununda transfer olunan Ataa Caber “Neftçi”nin heyətində 58 oyunda 9 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net