Menyu

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Nərmin Qocamanlı
Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Azərbaycanda rəsmi səfərdə olan İtaliya müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirilib, İtaliya müdafiə naziri "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edilib.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Z.Həsənov Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini xüsusi vurğulayıb. Azərbaycanın əlamətdar günü - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə yanımızda olduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib.

Müdafiə naziri cənab Q.Krosettonu sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Azərbaycanda hər səfərindən məmnun qaldığını və səmimi münasibət gördüyünü qeyd edən İtaliya Respublikasının müdafiə naziri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İki ölkə arasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Teqlər:

"Az\u0259rbaycan\u0131n m\u00fcdafi\u0259 naziri italiyal\u0131 h\u0259mkar\u0131 il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Fotogalereya

Əlaqəli Xəbərlər