Ötən gün 16 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 16,4 kiloqrama yaxın narkotik, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 143 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.