Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb
Nərmin Qocamanlı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən Azərbaycan, ingilis və rus dillərində “COP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb.
"Operativ Media" xəbər verir ki, Kitabxanadan verilən məlumata görə, altı bölmədən ibarət olan layihənin “COP” adlı birinci bölməsində COP-un tarixi, indiyədək keçirilmiş konfransları haqqında məlumat verilir.
“COP29” bölməsində ölkəmizin bu mötəbər beynəlxalq tədbirə hazırlığı, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi, Sədrlik haqqında materiallar öz əksini tapır.
“Rəsmi sənədlər” və “Xronika” bölmələrində bu konfransla bağlı Prezidentin imzaladığı fərman və sərəncamların, informasiya agentliklərinin məlumatlarının tam mətnləri toplanıb.
“E-resurslar” bölməsində layihənin mövzusuna dair Prezident Kitabxanasının fondunda olan müxtəlif dillərdə kitablar və dövri mətbuatdan seçilmiş məqalələrin tam mətnləri təqdim edilir. “Biblioqrafiya” bölməsində “COP29 Azərbaycan”la bağlı dövri mətbuatda müxtəlif dillərdə dərc edilmiş məqalələrin biblioqrafik təsvirləri toplanır.
Elektron layihənin bölmələri mütəmadi olaraq yenilənir.
Teqlər:
"Prezident Kitabxanas\u0131nda \u201c\u0421OP29 Az\u0259rbaycan\u201d adl\u0131 elektron layih\u0259 haz\u0131rlan\u0131b"