Menyu

"Sabah" xorvatiyalı futbolçu transfer edir? - AÇIQLAMA

Əziz Əzizli
"Sabah" xorvatiyalı futbolçu transfer edir? - AÇIQLAMA

Konfrans Liqasına hazırlaşan "Sabah" klubunun Xorvatiyanın “Slaven Belupo” komandasından İvan Lepinitsa ilə anlaşdığı iddia edilir.

Xarici mətbuatda gedən xəbərlərə görə,Tərəflər artıq bütün məsələlərdə razılığa gəlib.

Məsələ ilə bağlı "Operativ Media"ya açıqlama verən "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov transfer çalışmalarının davam etdiyini bildirib.

"Hazırda klub olaraq transfer çalışmalarını davam etdiririk. Amma konkret hansı oyunçularla danışıqlar aparılması barədə hansısa məlumat verə bilmərik. Hər hansı futbolçu ilə razılıq əldə olunsa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, İvan Lepinitsa daha əvvəl ölkəsinin "Riyeka" və "Zadar" klublarının, eləcə də Almaniyanın "Arminiya" komandasının formasını geyinib. Xorvatiyanın U-19, U-20 və U-21 yığmalarında da çıxış etmiş yarımmüdafiəçi 2020-ci ildə İngiltərə təmsilçisi “Çelsi"nin maraq dairəsində olub. Tərəflər arasında gedən danışıqlar koronavirus pandemiyasına görə dayandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər