Fransa və ABŞ səfirlikləri Azərbaycana başsağlığı verib
Nərmin Qocamanlı
Fransa və ABŞ-nin Azərbaycandakı səfirlikləri Cəbrayılda sursat partlaması nəticəsində ANAMA əməkdaşının həlak olması ilə bağlı başsağlığı veriblər.
"Operativ Media" xəbər verir ki, bu barədə səfirliklərin "X" hesabında paylaşım edilib.
Həmin paylaşımları təqdim edirik:
Bu gün mina partlaması nəticəsində həlak olan @ANAMA_gov_az əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa, ölkəni minalardan təmizləmək səylərində #Azərbaycanı dəstəkləməyə sadiqdir. https://t.co/y0Lwo85Xqj
— France en Azerbaïdjan 🇫🇷🇪🇺 (@FranceBakou) June 21, 2024
Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (@ANAMA_gov_az ) əməkdaşının ailəsinə başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir. pic.twitter.com/gV2gWlUfiJ